Ru
18:43 / 03 Oktyabr 2025

Səhiyyə naziri vəzifədən çıxarılır?

Səhiyyə naziri vəzifədən çıxarılır?
Eye

Azərbaycanın səhiyyə naziri Teymur Musayevin yaxın zamanlarda öz postu ilə vidalaşacağı deyilir.
Bakupost.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya adıçəkilən nazirlikdəki mənbə bildirib.

Məlumata görə, bir müddət bundan əvvəl Səhiyyə Nazirliyində aparılan yoxlamaların nəticəsi barədə mənfi rəy verilib.

“Nazirliyin vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi və istintaqa ifadələri zamanı məsuliyyətin rəhbərliyin üzərinə atılması da bu qərara ciddi təsir edib” deyə mənbəmiz əlavə edib.


Teymur Musayevlə bağlı xəbərdə o da bildirilir ki, ona nazirlikdə bəzi mühüm vəzifələrə təyinat etmək qadağan edilib.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, bu, Prezidentin bəzi dövlət qrumlarında struktur dəyişikliyi ilə bağlı imzalayacağı sərəncamdan sonra baş verə bilər. Məlumata görə, bu sərəncamla səhiyyə sistemində də ciddi dəyişikliklər olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar