Ru
10:20 / 02 Mart 2019

“Vətən” idman mərkəzində yanğın - VİDEO - Yenilənib

“Vətən” idman mərkəzində yanğın -  VİDEO - Yenilənib
Eye

 

Bakıda "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində yanğın başlayıb.



BakuPost xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 



Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub. 



Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.



* * *

 


Səhər saatlarında 7-ci mikrorayon ərazisində yerləşən "Vətən" idman klubunun yataqxanasında yanğın başlayıb.



BakuPost publika.az-a istinadən xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerindədir.

 


Polis ətrafdakı yolları bağlayıb. Yanğın nəticəsində yaranan qatı tüstü ətrafa yayılıb. tüstüdən 100 metrədək məsafə görünmür.



Yanğın nəticəsində xəsarət alanların olub-olmadığını dəqiqləşdirməyə çalışırıq.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar