İnvestorların riskli texnologiya şirkətlərindən uzaqlaşması fonunda Elon Maskın təsis etdiyi “SpaceX” şirkətinin bazar dəyəri kəskin azalıb.
“Bakupost” xəbər verir ki, şirkətin səhmləri ilkin kütləvi təklif (IPO) qiyməti ilə müqayisədə 20% ucuzlaşıb. İyunun 16-da qeydə alınan rekord səviyyə ilə müqayisədə isə səhmlər 47% dəyər itirib.
Məlumata görə, bunun nəticəsində “SpaceX”in bazar dəyərindən təxminən 1,2 trilyon dollar silinib.
Analitiklər bildirirlər ki, geosiyasi qeyri-müəyyənlik, eləcə də süni intellekt sektorunda yüksək xərclər və şişirdilmiş qiymətləndirmələrlə bağlı narahatlıqlar texnologiya şirkətlərinin səhmlərinə təzyiq göstərməkdə davam edir.
Qeyd edək ki, “SpaceX” ötən ay hər səhm üçün 135 dollar qiymətlə IPO keçirərək 75 milyard dollar vəsait cəlb etmişdi. Şirkətin bazar dəyəri həmin vaxt 1,77 trilyon dollara yüksələrək tarixdə ən böyük IPO-lardan biri kimi qeydə alınmışdı.
Vüsalə Hüseynova,
BakuPost