Ru
14:58 / 01 Dekabr 2025

Şuşa 5 il sonra – Stokholmda simpozim keçirildi

Şuşa 5 il sonra – Stokholmda simpozim keçirildi
Eye

İsveçin paytaxtı Stokholm şəhərində Şuşanın işğaldan azad edilməsinin 5-ci ildönümünə həsr olunmuş “Şuşa - Zəfərin triumfu, birliyin gücü” adlı beynəlxalq elmi simpozium keçirilib.

Bakupost.az xəbər verir ki, Dünya Azərbaycanlıları Beynəlxalq Fondu (İsveç), İsveç Azərbaycanlıları Konqresi, Türkiyənin Kafkas Universiteti və TÜRKSAN-nın təşkilatçılığı, eləcə də beynəlxalq tərəfdaşların iştirakı ilə baş tutan simpozium Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın azad edilməsinin 5 illiyinə həsr olunub.

Tədbirdə müxtəlif ölkələrdən tanınmış alimləri, tədqiqatçıları, ictimai xadimləri və diaspor nümayəndələri iştirak edib. Müzakirələrdə Şuşanın tarixi, hüquqi, siyasi, mədəni və geosiyasi əhəmiyyəti geniş şəkildə təhlil olunub.

Çıxışlarda vurğulanıb ki, 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də Azərbaycan xalqının milli qürurunun, ləyaqətinin və birliyinin təntənəsi kimi tarixə düşüb. Qələbənin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi və strateji qərarları əsas amillərdən biri kimi qeyd edilib.

Simpozium çərçivəsində beynəlxalq hüquq və ədalət, regional siyasət, tarixi yaddaş və milli irs, sülh və kimlik fəlsəfəsi, hüquqi islahatlar və idarəetmə kimi mövzular üzrə elmi panellər təşkil olunub. Tədqiqatçılar Cənubi Qafqazın geosiyasi dəyişiklikləri, Şuşanın regional təsiri, mədəni irsin qorunması, konstitusiya hüququ və kimlik formalaşması ilə bağlı məruzələrlə çıxış ediblər.

Tədbir, həmçinin, beynəlxalq akademik dialoqun sülhün təşviqinə, regional əməkdaşlığın güclənməsinə və mədəni qarşılıqlı anlaşmanın inkişafına töhfə verdiyini bir daha nümayiş etdirib.

Simpoziumun sonunda iştirakçılara və məruzəçilərə sertifikat və diplomlar təqdim olunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar