"Teleqraf" İnformasiya Agentliyində kadr dəyişikliyi edilib.
Bakupost.az xəbər verir ki, Teleqraf İnformasiya Agentliyinin baş redaktoru İmdad Əlizadə və agentliyin əməkdaşı, yazıçı Qan Turalı işdən azad olunublar.
Hazırda onları yerinə yeni təyinatlar barədə məlumat yoxdur.
Qeyd edək ki, Teleqraf İnformasiya Agentliyi 2025-cu ilin fevral ayında "Teleqraf.com" saytının bazasında təsis olunub. Agentliyin baş direktoru Aynur Camalqızıdır.
Ayxan,
BakuPost