Ru
21:47 / 02 Sentyabr 2025

Tiktoker Xosrov həbs olundu

Tiktoker Xosrov həbs olundu
Eye

Sosial şəbəkələrdə sürücüləri yol hərəkəti qaydalarını pozmağa və avtoxuliqanlığa təhrik edən, həmçinin özü də bu davranışları həyata keçirən Moslemi Khosrow Bebek oğlu həbs edilib.

Bakupost.az xəbər verir ki, Xosrov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.

O, sosial platformalarda apardığı fəaliyyətlə yanaşı, şəxsi hərəkətləri ilə də qayda pozuntuları törədib. Avtoxuliqan davranışları və yol hərəkəti qaydalarını pozması nəticəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında inzibati protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə Xosrov inzibati qaydada həbs edilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar