Ru
09:18 / 17 Dekabr 2025

Tovuzda yeniyetmənin ərə verilməsinin təfərrüatı – “Hə cavabıdır, nişan və üzük yoxdur” – VİDEO

Tovuzda yeniyetmənin ərə verilməsinin təfərrüatı – “Hə cavabıdır, nişan və üzük yoxdur” – VİDEO
Eye

14 yaşlı qızı ərə vermək istədilər. Dərhal qarşısı alındı.

Tovuz Rayon Polis Şöbəsinə Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları da həmin mərasimin qarşısını alıblar.

Qızın anası iddiaları qəbul etməyib. Onun sözlərinə görə, kənd ərazisindəki kafelərdən birində qızının söz kəsilməsi üçün “hə” mərasimi təşkil olunub.

Kafe sahibi də öz növbəsində mərasimin toy olmasını təkzib edib. Sahibkar həmçinin bildirib ki, yeniyetmənin ailəsi ona başqa şəxsiyyət vəsiqəsi təqdim edərək yanlış məlumat verib.

Yeniyetmə özü yaşının 14 olduğunu təsdiq etsə də, o da gələcəkdə ailə qurmaq üçün “hə” mərasiminin keçirildiyini bildirib.

BakuPost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar