Ru
16:23 / 04 Dekabr 2025

Toyda DAVA: ofisiantla kobud danışan qonaq DÖYÜLDÜ

Toyda DAVA: ofisiantla kobud danışan qonaq DÖYÜLDÜ
Eye

Qubada toy zamanı dava olub.

Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Talabıqışlaq kəndində qeydə alınıb.

İttiham aktına görə, kənd sakini 46 yaşlı Manaf Qardaşxanov (ad və soyad şərtidir) həmkəndlilərindən birinin həyətində keçirilən mağar toyunda qonağı döyüb. Manaf həmkəndlisi olan qonağın ofisiantla kobud danışdığını görüb və o, məclisdən çıxanda həmin şəxsə yaxınlaşaraq yumruq zərbələri ilə sifət və boyun nahiyələrinə zərbə vurub.

Bu əməlinə görə, Manaf Qardaşxanov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs bildirib ki, ofisiantla kobud danışan həmin qonağa yaxınlaşıb irad bildirəndə aralarında mübahisə yaranıb. Hadisə zamanı Manaf ayıq olsa da, qarşı tərəf içkili olub. Manaf Qardaşxanov əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını deyərək, məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini istəyib.

Zərərçəkənin sözlərinə görə, isə ofisiantdan çay istəyirmiş. O bildirib ki, Manafla 2018-ci ildə də bu mövzuda mübahisələri olub və həmin vaxtdan bəri onu görmür.

Quba rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 1000 manat cərimə cəzası təyin edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar