Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında Ağ evdə keçirilən görüş başa çatıb.
Görüşdən sonra Tramp və Ərdoğan birgə mətbuat konfransı keçirib.
Donald Trump PKK və İŞİD kimi terror qrupları ilə mübarizədə ABŞ Türkiyəni dəstəklədiyini bildirib.
***
20:52
ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüşü başlayıb.
BakiPost.az Musavat.com-a istinadən xəbər verir ki, görüş Ağ evdə keçirilir.
Görüşdə liderlər terror təşkiları olan PKK-nın Suriya qolu olan YPG-yə ağır silahlar verilməsi, eləcə də FETO-nun başçısı Fətullah Gülənin Türkiyəyə qaytarılması kimi kritik mövzuları müzakirəyə çıxaracaqlar.
Bakı Post