Ru
11:46 / 22 İyul 2025

Ukraynanın Baş Komandanı valideynlərini Moskvaya müalicəyə göndərdi

Ukraynanın Baş Komandanı valideynlərini Moskvaya müalicəyə göndərdi
Eye

Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Aleksandr Sırski valideynlərini müalicə və reabilitasiya üçün Moskva vilayətinə göndərib.

Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə Rusiya mediası məlumat dərc edib.

Məlumata görə, bu ilin aprel ayından Ukrayna hərbi liderinin atası, 86 yaşlı Stanislav Sırski koronavirusa yoluxduqdan sonra kəskinləşən beyin xəstəliyi ilə mübarizə aparır. Əvvəlcə generalın atası ailənin yaşadığı Vladimirdə müalicə olunsa da, oradakı həkimlər ona kömək edə bilməyiblər. Buna görə də Sırski valideynlərini Moskvaya göndərmək qərarına gəlib.

Atasının paytaxt klinikasında bir aylıq müalicəsi Ukrayna Silahlı Qüvvələrinin baş komandanına 1 milyon rubla (21 736 AZN) başa gəlir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar