Ru
23:36 / 27 İyun 2023

Vətən müharibəsi iştirakçısı dənizdə boğularaq öldü - FOTO

Vətən müharibəsi iştirakçısı dənizdə boğularaq öldü - FOTO
Eye

Lənkəranda Vətən müharibəsi iştirakçısı dənizdə boğularaq ölüb.



Bakupost.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndində, dənizin nəzarətsiz hissəsində bir nəfərin boğulma təhlükəsi ilə üzləşməsi barədə FHN-ə məlumat daxil olub.



Nazirliyin Cənub Regional Mərkəzinin sularda xilasetmə dəstəsi əraziyə cəlb olunub.



Məlum olub ki, boğulma ehtimalı olan gənc Vətən müharibəsi qazisi Lənkəran rayonunun Cil kənd sakini, 1999-cu il təvəllüdlü Fərid Qulam oğlu Yaqubzadədir.



Görülən tədbirlər nəticəsində F.Yaqubzadə huşsuz vəziyyətdə sudan çıxarılıb.



Təcili Tibbi Yardım briqadası ona ilkin tibbi yardım göstərsə də, F.Yaqubzadənin həyatını xilas etmək mümkün olmayıb.



Faktla bağlı araşdırma aparılır.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar