Ru
18:06 / 13 Oktyabr 2025

Xərçəng olmaq istəmirsizsə, bu qidaları əsla yeməyin – Onkoloq açıqladı

Xərçəng olmaq istəmirsizsə, bu qidaları əsla yeməyin – Onkoloq açıqladı
Eye

Xərçəng xəstələrinin qidalanmasında diqqət edilməli məqamlar açıqlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə tanınmış onkoloq İbrahim Əsədli “Küncbucaq” YouTube kanalında bildirib.

Onun sözlərinə görə, xərçəng xəstələrinin vəziyyəti ilə bağlı geniş tədqiqatlar olmasa da, Emanuel Revicinin qidalarla bağlı apardığı böyük bir araşdırma mövcuddur.

“Revici sübut edib ki, qan xərçəngi də daxil olmaqla istənilən xərçənglərin 90-95 faizi turşulu mühitdə inkişaf edir. Buna görə də bədəni qələviləşdirmək lazımdır”, – deyə İbrahim Əsədli qeyd edib.

Onkoloq bildirib ki, bunun üçün xərçəng xəstələrinə bir sıra qidalar
qadağandır:

“Siqaret, araq, narkotik, mal və quzu əti, sənaye şəkəri - bunların hamısının qəbulu yolverilməzdir.Ümumiyyətlə, marketdən heç nə almaq olmaz. Məhsulları bazardan, fermerlərdən, kəndlilərdən təbii şəkildə almaq lazımdır.
Bal yemək olar, amma mürəbbə, şirniyyat və dondurma olmaz. Doşab, bal, kişmiş, xurma, qaysı, qurudulmuş meyvələr, çərəzlər, mövsümi meyvə və tərəvəzlər, göyərtilər - bunların hamısı olar. Sadəcə, bizim millət maraqlıdır. Deyirsən, mal və quzu əti yemə, cavab verir, bəs onda nə yeyək?”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar