Ru
11:19 / 08 Yanvar 2026

Prezident "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılışında - YENİLƏNİB+FOTO

Eye

Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.

Bakupost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Sonra Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Lu Mey, "ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan çıxış ediblər.

Daha sonra "Xızı-Abşeron" Külək Elektrik Stansiyası layihəsi haqqında qısa videoçarx nümayiş olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və "ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasını işə saldılar.

Sonda birgə foto çəkdirildi.

***

10:22

Bu dəqiqələrdə Bakıda, Gülüstan sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir.

Bakupost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edir

Prezident "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılışında - YENİLƏNİB+FOTO
Prezident "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılışında - YENİLƏNİB+FOTO
Prezident "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılışında - YENİLƏNİB+FOTO
Prezident "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılışında - YENİLƏNİB+FOTO
Prezident "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılışında - YENİLƏNİB+FOTO
Prezident "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılışında - YENİLƏNİB+FOTO
Prezident "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılışında - YENİLƏNİB+FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar