Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

763
Azərbaycan Xorvatiya oyununda daha iki bir qol vurulub.
BakuPost-un məlumatına görə, Borna Barişiç matçın 44-cü dəqiqəsində hesabı bərabərləşdirib. Xorvatiya komandasının 9 nömrəli oyunçusu Andrej Kramaric qarşılaşmanın 79-cu dəqiqəsində komandasını hesabda irəli çıxarıb. Qarşılaşma Xorvatiya yığmasının 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
 
 
 
***
 
 
 
Futbol üzrə Azərbaycan yığması Xorvatiya komandası ilə 2020-ci ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunda hesabı açıb.
BakuPost-un
məlumatına görə, hesabı 19-cu dəqiqədə yığmamızın hücumçusu Ramil Şeydayev açıb.
 
 
 
***
 
Futbol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
BakuPost-un məlumatına görə, millimiz səfərdə Xorvatiya yığması ilə qarşılaşır. Zaqreb şəhərindəki "Maksimir” stadionunda keçirilən oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Georgi Kabakovdur.
Bu görüş yığmamızın baş məşqçisi Nikola Yurçeviç üçün əlamətdardır. Belə ki, xorvatiyalı mütəxəssis öz ölkəsində millimizin baş məşqçisi kimi debüt edir.
İndiyədək Azərbaycan və Xorvatiya milli komandaları iki dəfə üz-üzə gəliblər. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2014-cü il oktyabrın 13-də millimizin səfərdə keçirdiyi oyun Xorvatiya millisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bir il sonra sentyabrın 3-də Bakıda oynanılan matçda isə hesab açılmayıb.
"Avro 2020”nin seçmə mərhələsində Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birgə "E” qrupunda yer alıb. Qrupun digər oyununda Slovakiya öz meydanında Macarıstan yığması ilə qarşılaşır.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər