Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi əvvəlki illərdə törədilmiş qətl və qəsdə cəhddə ittiham olunan azərbaycanlıların həbs müddətini uzadıb.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, oktyabrın 16 və 17-də məhkəmənin qərarı ilə Əhləman Gəncəyev, Azər Abbasov, Şahin Lalayev, həmçinin qardaşlar Akif, Ayaz, Bakir, Kamal və Məzahir Səfərovların həbs müddəti 29 dekabr tarixinədək uzadılıb.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı azı 5 azərbaycanlı öldürülüb.
Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov da döyülərək qətlə yetirilib.
Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.