Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Ev rəhbəri Donald Tramp və Avropa liderləri ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu və onunla ərazi məsələsini müzakirə edə biləcəyini qeyd edib.
Bakupost.az xəbər verir ki, Zelenski Rusiya ilə əvvəlcə ikitərəfli, sonra isə üçtərəfli görüş təklifi ilə çıxış edib.
"Biz liderlər səviyyəsində istənilən formatda görüşə hazırıq", - Ukrayna Prezidenti deyib.
Zelenski əlavə edib ki, o, ərazi məsələsini Putinlə ikilikdə müzakirə edəcək.