ABŞ-nin İrəvandakı səfirliyinə istinadən yaydığı xəbərə görə, sözü gedən ölkənin gömrük və sərhəd təhlükəsizliyi məsələləri üzrə nümayəndə heyəti ölkəyə səfər edib. Səfər 8 avqustda Vaşinqtonda imzalanmış sənədlər çərçivəsində, Sünik (Zəngəzur) bölgəsindən keçən “Tramp marşrutu” (TRIPP) layihəsi ilə bağlı həyata keçirilir.
Bakupost.az xəbər verir ki, amerikalı mütəxəssislər 29 sentyabrdan 11 oktyabra qədər Ermənistanın sərhəd qüvvələrinin imkanlarını qiymətləndirəcək, həmçinin “təkmilləşdirilməyə ehtiyacı olan sahələri” müəyyənləşdirəcəklər.
ABŞ tərəfi hesab edir ki, digər ölkələrdə sınaqdan keçirilmiş metodla Ermənistanın sərhəd təhlükəsizliyinin gücləndirilməsinə və strateji investisiyalara ehtiyac olan istiqamətlərin dəqiqləşdirilməsinə kömək edəcək.
Səfirlik bildirir ki, bu səfər layihənin icrası istiqamətində tərəfdaşlığın qurulması yolunda ilk addımdır.
Ayxan,
BakuPost