Ru
22:16 / 22 Sentyabr 2018

“Zirə”-“Neftçi” oyununda baş məşqçilər meydandan qovuldu

“Zirə”-“Neftçi” oyununda baş məşqçilər meydandan qovuldu
Eye

Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda "Zirə" və "Neftçi" komandaları arasındakı oyun zamanı insident baş verib.



BakuPost-un məlumatına görə, 45-ci dəqiqədə baş hakim Rauf Cabbarov meydan sahiblərinin yeni baş məşqçisi Samir Abasovla onun italiyalı rəqib həmkarı Roberto Bordini texniki zonadan kənarlaşdırıb.



Buna iki mütəxəssis arasında baş verən mübahisə səbəb olub.



Baş məşqçilər tribunaya qalxdıqdan sonra barışıblar. Öz aralarında qısa müzakirədən sonra onlar ilk yarının fasiləyədək olan kiçik hissəsini birgə izləyiblər.



Qeyd edək ki, birinci hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar