Ru
09:00 / 01 May 2023

2023-ün ən məşhur müğənniləri - Siyahı

 2023-ün ən məşhur müğənniləri -  Siyahı
Eye

Dünyanın ən yaxşı musiqiçilərinin sıraları daim dəyişir. Sənətçilər zaman keçdikcə yeni pərəstişkarlar qazana və ya itirə bilərlər.


Onların bir çoxu yeni gələnlərlə əvəzlənəcək, bəziləri hit-paradların zirvəsində hökmranlıq etməyə davam edəcək, bəziləri isə tamamilə sıradan çıxacaq.


Bakupost.az 2023-cü ilin ən məşhur müğənnilərini təqdim edir.



1. Adele


Adel dövrümüzün ən yaxşı vokalistlərindən biridir. Sənətçi “Hello” və “Rollong in the Deep” kimi hit mahnıları ilə musiqi tarixinə öz izini qoyub. 21-ci albomu Ginnesin Rekordlar Kitabında yer alıb. O saysız-hesabsız mükafatlar, o cümlədən 15 Qremmi və Ceyms Bond filmində səsləndirlən “Skyfall”a görə Oskar-a layiq görülüb.


2. Billie Eilish


Gənc müğənni 21 yaşında bir çox müğənnilərin əldə edə bilməyəcəyi uğurlara nail olub. 7 Qremmi mükafatı, 2 Amerika Musiqi Mükafatı və 3 MTV video Musiqi Mükafatına layiq görülüb. Həmçinin, “Bad guy” və “All the good girls go to hell” kimi məşhur hitlərinə görə 2 Brit mükafatı qazanıb. 2020-ci ildə Ceyms Bond filmi üçün “No time to die” musiqisini çıxarıb.


3. Justin Bieber

13 yaşında olarkən onu müğənni Aşer “YouTube”da kəşf edib. O vaxtdan Castinin qazandığı uğurlarda onun da müəyyən payı var.

150 milyondan çox albom satan və dünyanın ən çox satış edən musiqi sənətçilərindən biridir. Buna baxmayaraq, “dünyanın ən çox nifrət edilən” insanı olaraq da tanınıb. Buna müğənninin Selena Qomezlə olan hekayəsi, davranışları və narkotik istifadə etməsi səbəb olub. Amma son illərdə Castin sağlamlığına, musiqisinə və konsertlərinə üstünlük verib. Hazırda da dünyanın ən populyar müğənnilərindən biridir.



4. Ed Sheran


Öz hitləri və heyrətamiz səsi ilə məşhurdur. İngilis müğənni-bəstəkarın dörd Qremmi mükafatı var. Onun mahnıları əksər insanların pleylistində yer alır. Bir neçə ictimai çıxışı onu 2022-ci ilin ən məşhurlarından birinə çevirib. Şəxsi həyatı ilə bağlı az məlumat var. 2019-cu ildə uşaqlıq və məktəb dostu Şery Sibörn ilə evlənib və iki övladı var.



5. Kanye West


Qəribə çıxışları, Kim Kardaşyanla əlaqəsi ilə müzakirə mövzusuna çevrilib. Məşhur reper yaradıcı ideyalarını milyard dollarlıq müəssisəsi Yeezy-də yerləşdirib. 2019-cu ildə ən çox qazanan hip-hop artisti və 2021-ci ildə 3-cü ən zəngin məşhur olub.


6. Drake

Rep deyişmələri ilə məşhurdur. 30-lu yaşlarda olmasına baxmayaraq, artıq Tupac, Jay-Z və Eminemi geridə qoyub. 4 Qremmi mükafatı, 6 Amerika Musiqi Mükafatı və 29 Billboard Musiqi Mükafatı alıb. Apple Music-dən Nike-a qədər bir sıra markalarla iş birliyindədir.



7. The Weeknd


“Blinding Lights” və “Starboy” kimi bir hitləri ilə səs salıb. Drake və Ed Sheeran da daxil olmaqla musiqinin ən böyük ulduzları ilə çalışıb. 3 Qremmi və 19 Billboard Musiqi Mükafatına layiq görülüb. Son zamanlar eşq həyatı müzakirələrə səbəb olur. Müğənni Selena Qomezlə və Bella Hadidlə olan münasibəti ilə gündəmdədir. Müğənninin 2021-ci ildə Ancelina Coli ilə görüşməsi də təəccüblərə səbəb olub. Hazırda ən məhur müğənnilərdən biridir.



8. Dua Lipa


26 yaşlı müğənni qlobal superulduz olmağı bacarıb. “New rules”, “One kiss” kimi mahnıları ilə daha da məşhurlaşıb. Onun albomu Spotify-ın ən çox yayımlanan albomlarından birinə çevrilib. Qremmi, Brit, MTV Avropa Musiqi Mükafatına layiq görülüb. Şəxsi həyatı ilə gündəmə çox gəlmir. Bununla belə, Gigi və Bella Hadidin kiçik qardaşı Ənvər Hadidlə münasibəti müzakirələrə səbəb olub.




9. Ariana Grande


15 yaşında sənətə gələrək bir çox uğurlara imza atıb. “Apple Music” və Spotify-da ən çox yayımlanan qadın sənətçilərdən biridir. 2021-ci ildə satışa çıxarılan “r.e.m Beauty” onun ilk makiyaj kolleksiyasıdır. Dünyanın ən məşhur qadın müğənnilərindən biridir.



10. Britney Spears


1990-cı illərdə şöhrətə yiyələnərək pop ikonuna çevrilib. Kariyerası ərzində 100 milyondan çox albomu satılıb və 100-dən çox mükafat qazanıb.Son 12 ildə təkcə sənəti ilə bağlı deyil, həm də şəxsi əyatına görə Google-da ən çox axtarılan məşhur olub.

Bu müğənnilərlə yanaşı, dünyada ikona çevrilmiş, rep, rok, pop və s. janrında mahnılarla, öz tərzləri ilə insanların qəlbində yer almağı bacaran bir sıra müğənnilər də var. Bunlara Maykl Cekson, Elvis Presli, Kurt Kobeyn, Freddi Merkyuri, Eminem, Madonna, Vitni Hyuston, Rihanna və s. məşhur adlar daxildir.

Aynur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar