Bakının Pirallahı qəsəbəsində yerləşən Yavər Əliyev adına 235 saylı məktəbin şagirdi vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə hesabında məlumat verilib.
Qeyd olunur ki, 7-ci sinif şagirdi Fərizə Səftər qızı Əliyeva ötən gün dünyasını dəyişib.
Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.