Ru
09:30 / 01 Noyabr 2025

“Hizbullah” yenidən silahlanır – İsrail müharibəyə başlaya bilər

“Hizbullah” yenidən silahlanır – İsrail müharibəyə başlaya bilər
Eye

Livanda “Hizbullah” qruplaşmasının yenidən silahlanması İsrailin ölkəyə hərbi əməliyyat keçirmə ehtimalını artırır.

Bakupost.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, (“WSJ”) nəşrinə adlarının açıqlanmaması şərti ilə bildiriblər ki, “Hizbullah” atəşkəs razılaşmasını pozaraq yenidən silahlanır.

Mənbələrin iddiasına görə, İran tərəfindən dəstəklənən qrup yenidən raket, tankəleyhinə raketlər və artilleriya silahları toplayır. Bu silahların bir hissəsinin Livan limanlarından, digərlərinin isə Suriya üzərindən qaçaq yolla gətirildiyi, bir qisminin isə təşkilat tərəfindən istehsal edildiyi qeyd olunur.

Məqalədə vurğulanır ki, “Hizbullah”ın silahlanma və döyüşçü toplama fəaliyyəti İsrailin Livana hərbi əməliyyat ehtimalını artırır. Livan rəsmilərinin ərəb və amerikalı vasitəçilərlə birlikdə İsraillə əlaqə yaradaraq Təl-Əviv hökumətinə “səbirli olmaq” çağırışı etdiyi bildirilir. Həmçinin Beyrut administrasiyasının İsraillə kəşfiyyat məlumatlarının paylaşımını artırmağa dair öhdəlik götürdüyü vurğulanır.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar