ABŞ administrasiyası Alyaskada qaz və LNG layihələrinin inkişafını dəstəkləmək üçün Rusiya nüvə buzqıran gəmilərinin mümkün istifadəsini müzakirə edib.
Bakupost.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi üç mənbəyə istinadən bildirib.
Məlumata görə, bu layihənin müzakirəsi Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşün nəticəsi ola biləcək mümkün sövdələşmə çərçivəsində Ağ Ev rəsmiləri arasında aparılıb.
Xatırladaq ki, sammit ərəfəsində "The Daily Telegraph" qəzeti ABŞ-nin Rusiyaya Alyaskada xammal yataqlarının işlənməsini təklif etmək niyyətində olduğunu yazmışdı.