Ru
23:32 / 21 Avqust 2025

ABŞ İrana qarşı yeni saksiyalar tətbiq etdi

ABŞ İrana qarşı yeni saksiyalar tətbiq etdi
Eye

ABŞ Maliyyə Nazirliyi növbəti dəfə 13 gəmiçilik şirkəti və 8 tankerə qarşı sanksiya tətbiq edib.


Bakupost.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, avqustun 21-i Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Yunanıstan vətəndaşı Antonios Marqaritisə, onun şirkətlər şəbəkəsinə və İranın gizli donanmasında fəaliyyət göstərən onlarla gəmiyə qarşı sanksiyalar tətbiq etməklə İranın neft ixracının qarşısını alıb.

Marqaritis gəmiçilik sənayesindəki onillik təcrübəsindən İran neftinin qeyri-qanuni daşınmasını və satışını asanlaşdırmaq üçün istifadə edib. Bu gün bir sıra digər gəmilər və operatorlar da İranın neft ixracatının asanlaşdırılmasında oynadıqları rola görə sanksiyaya məruz qalırlar ki, onlardan əldə olunan gəlirlər İranın qabaqcıl silah proqramlarını maliyyələşdirir.

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar