Ru
00:12 / 22 Avqust 2025

Ruzanna dünya ikincisi oldu

Ruzanna dünya ikincisi oldu
Eye

Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.

Bakupost.az xəbər verir ki, yarışın beşinci günündə növbəti medal qazanılıb.

Ruzanna Məmmədova (62 kiloqram) finalda çinli Yanqjen Yanqjenlə qarşılaşıb. İlk hissəni hücum üslubundan keçirən həmyerlimiz 6:0 hesablı üstünlük əldə edib. Ancaq fasilədən sonra rəqib geridönüş etməyi bacarıb. Yekunda sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olan Məmmədova gümüş medalı boynundan asıb.

Bununla da cari mundialda medallarımızın sayı 5-ə çatıb. Xatırladaq ki, daha öncə Vasif Bağırov (57 kiloqram), Nurlan Ağazadə (70 kiloqram), Yusif Dursunov (125 kiloqram) və Günay Qurbanova (59 kiloqram) bürünc medal qazanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar