Ötən ay həbs olunan SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin adının keçdiyi “Alkagesta” şirkəti ilə bağlı bir sıra detallar məlum olub.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, 2022-ci il üçün dərc edilmiş hesabatlara əsasən, “Alkagesta” Maltada 42,4 milyon avro mənfəət əldə edib.
Şirkət bu gəlirdən cəmi 2,1 milyon avro vergi ödəyib.
Rəsmi mənbələr təsdiq edir ki, “Alkagesta” Maltada qeydiyyatdan keçmiş xarici şirkətlərə tətbiq edilən 5%-lik aşağı vergi dərəcəsini ödəyir.
Rusiya neftininin qanunsuz satışında ittiham olunan “Alkagesta” hər il Malta hökumətini on milyonlarla potensial və əlavə vergi gəlirlərindən məhrum edib. Belə ki, “Alkagesta” heç bir məhsul istehsal etmir və iqtisadiyyata hər hansı dəyər qatmır. Şirkət əsasən bunker sənayesində hər kəsin təklif edə biləcəyi brokerlik və ticarət xidmətləri göstərir.