Ermənistan Xarici İşlər Nazirliyində yeni struktur - Avrointeqrasiya Departamenti yaradılıb.
Bakupost.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları bildirib.
Qeyd olunur ki, hazırda respublikanın Avropa İttifaqına üzv olmaq üzrə namizəd statusu olmasa da, yeni qurumun məqsədi açıq şəkildə Avrasiya İqtisadi Birliyi ilə əlaqələri kəsməkdir.
Yeni idarənin yaradılması haqqında sərəncamı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb və onu “Xarici İşlər Nazirliyinin əsas struktur bölməsi” adlandırıb.
"Rusiya tərəfi dəfələrlə xəbərdarlıq edib ki, eyni anda həm Avropa İttifaqına, həm də Avrasiya İqtisadi Birliyinə üzv olmaq texniki baxımdan mümkün deyil. Rusiya onu da qeyd edib ki, Avropa standartlarına uyğunlaşma cəhdləri səbəbindən artıq Ermənistan qanunvericiliyində Avrasiya İttifaqının normaları ilə uyğunsuzluqlar yaranıb.
Ermənistan Xarici İşlər Nazirliyinin Avropaya inteqrasiya departamenti, yəqin ki, Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq üçün yol xəritəsini hazırlamağa başlayacaq. Paşinyan Ermənistanın Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə əlaqələrini kəsmək tapşırığını yerinə yetirərək, Aİ-dən siyasi təminat və investisiyaları təmin etmək üçün bu yeni kursu köklü şəkildə həyata keçirməyə hazır olduğunu nümayiş etdirir.
Həmçinin, İrəvanda nüvə energetikası artıq ABŞ-yə təhvil verilir. Növbədə isə Ermənistan iqtisadiyyatının AİB-dən asılı hissələrinin Avropa İttifaqının maraqları naminə məhv olunması prosesi dayanır", - deyə Rusiyayönlü erməni Teleqram kanalları bildirib.
Lalə, BakuPost