Ru
18:51 / 08 Oktyabr 2025

Piyadalara DƏRS: Polis ölüm anlarını göstərdi - VİDEO

Piyadalara DƏRS: Polis ölüm anlarını göstərdi - VİDEO
Eye

Paytaxtın Nizami rayonunda polis əməkdaşları keçidlərdən istifadə etməyən vətəndaşlara piyadaların həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisələrinin real görüntülərini nümayiş etdiriblər.

Bu barədə Bakupost.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları paytaxtın Qara Qarayev prospektində və ətraf küçələrdə maarifləndirici tədbir keçiriblər.

Tədbir zamanı yeraltı keçidlərdən və piyada zolaqlarından istifadə etməyən şəxslərə xəbərdarlıq olunub, qaydalara əməl etməyin vacibliyi izah olunub. Söhbətlər zamanı piyadaların iştirakı və ölüm faktı ilə nəticələnmiş qəzaların real görüntüləri nümayiş etdirilib.

Vətəndaşlara bildirilib ki, belə faciələrin qarşısını almağın yeganə yolu müəyyən olunmuş keçidlərdən istifadə etmək və yol hərəkəti qaydalarına riayət etməkdir.

Paytaxt ərazisində bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar