Ru
18:34 / 08 Oktyabr 2025

Əfqanıstanda bu sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

Əfqanıstanda bu sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
Eye

Əfqanıstanda "Instagram", "Facebook" və "Snapchat" sosial şəbəkələrinə giriş məhdudlaşdırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə "NetBlocks" internet monitorinq xidməti bildirib.

"Əfqanıstanda "Instagram", "Facebook" və "Snapchat" sosial şəbəkələri bir neçə provayder tərəfindən məhdudlaşdırılıb. Hadisə ötən həftə internetin kəsilməsindən sonra baş verib", - məlumatda qeyd olunub.

Daha əvvəl "NetBlocks" talibanların əxlaqı qorumaq üçün gördüyü tədbirlər fonunda Əfqanıstanda internetin tam kəsilməsi barədə məlumat vermişdi.

İnternetin bərpası haqqında məlumat hakim "Taliban" hərəkatının ümummilli qadağa qoyulmasını təkzib etməsindən və kəsintiyə köhnəlmiş infrastrukturun səbəb olduğunu bildirməsindən bir neçə saat sonra yayılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar