Ru
15:51 / 08 Oktyabr 2025

Azərbaycanda yenidən kütləvi peyvəndləmə OLACAQ

Azərbaycanda yenidən kütləvi peyvəndləmə OLACAQ
Eye

Səhiyyə Nazirliyi tərəfindən Azərbaycana gətirilən vaksinin ölkəmizdə geniş tətbiqinə başlanılacaq.

Bakupost.az axar.az-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

"Bu vaksinin Ümumidünya Səhiyyə Təşkilatı tərəfindən təhlükəsizliyinə zəmanət verirlib. Fransada istehsal edilib və dünyada ən çox istifadə edilən vaksindir. Valideynlər tam əmin şəkildə körpələrini vaksin etdirə bilərlər. Xüsusən, 6 ayından sonra körpələr mütləq vaksin edilməlidir. Uşaqlarda xəstəliyin ağır gedişi, hətta pnevmaniya müşahidə edilir. Uşaqların immun sistemi tam formalaşmadığı üçün qripə tez yoluxur. 6 ayından etibarən uşaqlara vaksin vurulması tövsiyə olunur", - o bildirib.

Zakir Quliyev qeyd edib ki, xəstəlik zamanı qrip əleyhinə peyvənd vurdurmaq tövsiyə olunmur:

“Xəstəlik tam sağalıb simptomlar gedəndən sonra vaksin vurdurmaq olar. Bu günə qədər vaksinlərdən ciddi əks-təsir aşkarlanmayıb. Yüngül təsirlər - qızartı, temperatur və s. ola bilir. Bundan əlavə, allergiyası, xüsusən də yumurtaya qarşı allergiyası olan insanlara qrip əleyhinə vaksin vurdurmaq tövsiyə edilmir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar