Ru
15:32 / 27 Fevral 2026

Anton Calyabov saxlanıldı - 388 min dollar rüşvət iddiası

Anton Calyabov saxlanıldı - 388 min dollar rüşvət iddiası
Eye

Rusiyada Qazprom neft ASC-nin İdarə Heyəti sədrinin müavini Anton Calyabov saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə "İnterfaks" Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volka istinadən məlumat yayıb.

"Hüquq-mühafizə orqanları "Qazprom neft"in İdarə Heyəti sədrinin müavininə təxminən 30 milyon rubl (388 min dollar) məbləğində rüşvət alma ittihamı irəli sürüb, o, saxlanılıb", - İ.Volk bildirib.

Polisin məlumatına görə, A.Calyabov 2021-2022-ci illər ərzində "Qazprom İnvest" MMC-nin filial direktoru vəzifəsində olarkən kommersiya təşkilatlarının rəhbərlərindən dəfələrlə qanunsuz mükafatlar alıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar