Ru
12:06 / 16 Noyabr 2019

Arif Hacılının imzaladığı saxta arayış yayıldı - FOTO

6510
Müsavat Partiyasını tərəfindən verildiyi bildirilən daha bir saxta siyasi mühacir arayışı üzə çıxıb.

Bakupost-un xəbərinə görə, bu barədə Avropada mühacirətdə olan jurnalist, keçmiş müsavatçı Yafəz Əkrəmoğlu məlumat yayıb. Jurnalist Arif Hacılının imzası, Müsavat partiyasının möhürü ilə verilən arayış fotosunu paylaşaraq yazıb: “Bu qәdәr hәngamәdәn sonra Gülağa Aslanlı yenә deyir ki, fakt qoyun. Bu qәdәr fakt yetәrli deyilmi? Deyilsә Arif Hacılının orijinal imzası, Müsavatın halalca möhürüylә "geydirmә siyasi mühacir"ә verilәn bir arayışı da paylaşıram. Bilirәm ki, bir yol tapıb, boyunlarından atmağa çalışacaqlar. Önәmli deyil, sadәcә mәlumatlanın. İçi saxta vә yalan mәlumatlarla dolu bir arayışdan gedir söhbәt. Bu arayışı Arif Hacılı 2014-cü ildә Avropaya mühacirәtә getmәk istәyәn bir naxçıvanlıya verib. Hәlәlik adının üstündәn xәtt çәkib paylaşıram. Arayışda yazılıb ki, arayış verilәn "qәhrәman" Müsavat Partiyasının Babәk rayon tәşkilatı gәnclәr özәyinin fәal üzvüdür. Birinci yalan Müsavat Partiyası Naxçıvan MR әrazisindәki Tәşkilatların heç birindә Gənclər Özəyi olmayıb. Sadәcә arayış belә yazılıb ki, daha tәsirli görsәnsin. Arayışın içәrisindәki "təzyiqə məruz qalıb”, "polis təqibi”, "mühacirәtә getmәyә mәcbur oldu" kimi digәr mәlumatlar da tam yalandı, şәxsin rahat siyasi mühacir status almasına hesablanıb.



Bunları nәyә görә әminliklә yazıram? Çünki mәn uzun müddәt Müsavatın Naxçıvan MR tәşkilatında rәhbәr postlarda olmuşam. Naxçıvanda elә bir müsavatçı fәal (yaxud azacıq fәal) yoxdur ki, indi dә tanımayım. Bütün tәzyiqә mәruz qalan müsavatçılar jurnalist olduğuma görә hәr zaman, anında, dәrhal mәnә mәlumat verirdilәr ki, işıqlandırım. Bu 2015-ci ilә kimi belә davam edib. Kimlәrin tәzyiqә mәruz qala bilәcәyini indi dә әzbәr bilirәm. Arayışda yazılana inansaq, bu şәxs 2008-ci ildәn partiya üzvüdür. Hәqiqәtәn tәzyiqlә üzlәşәn belә bir fәalı mәnim tanımamağım mümkünsüzdü. Qәti әminliklә deyirәm ki, hansısa siyasi fәal olan naxçıvanlı müsavatçı indiyә kimi mühacirәtә gәlmәyib. Kimliyindәn asılı olmayaraq. Әgәr belә bir şәxs olsa mütlәq mәn tanıyardım. Arif Hacılının arayış verdiyi bu şәxsi isә mәn qәtiyyәn tanımıram. Harada, necә, hansı mәqsәdlә müsavatçı edilib, bu arayış yazılıb, özlәri cavab versin”.

Jurnalist arayışda adı çәkilәn şәxs heç vaxt Naxçıvanda müsavatçı olmadığını deyib: “Olsa da belә Bakıdakı qәrargahdakı arxivә saxta yolla, köhnә tarixә "oformıt" edilib. Yaxud da, heç onu da etmәyiblәr. Bu yaxınlarda Arif Hacılıgil guya, şәffaflıq mәqsәdiylә mәlumat yaydılar ki, son 5 ildә 197 әdәd arayış veriblәr. Ancaq arayış alanların kimliklәri haqda mәlumatı ciddi-cәhdlә gizlәdirlәr. Araşdırmalarımıza görә bu rәqәm әslindә, dәfәlәrlә artıqdır. Bundan әlavә böyük әksәriyyәt arayışların içәrisindәki mәlumatlatlar bax, paylaşdığım arayışdakı mәlumatlar kimi saxtadır. Elә buna görә arayış sahiblәrinin kimliklәrini paylaşmırlar. Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr. Bax, buna görә. Etmәyin, demәsinlәr”.
Yafəz Əkrəmoğlu qeyd edib ki, arayışda adı keçәn şәxs, 2014-cü ildә Avropa ölkәlәrinin birinә mühacirәtә gedib: “Haqqında mәnfi qәrar çıxarılıb, siyasi status ala bilmәyib. Yәni arayışdakı yalan mәlumatlar belә ona kömәk etmәyib. Onun sonrakı taleyini vә adını göstәrmәmәkdә mәqsәd qarşılaşa bilәcәyi tәhlükәni önlәmәkdi. Yәni, bizim әlimizlә olmasın”.


Müsavat Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı Bakupost -a bildirib ki, arayışla bağlı araşdırma aparılır və nəticəsi ilə bağlı məlumat veriləcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər