Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 31 may Tüünlə Mübarizə Günü üçün məlumat tərtib edib.
Bakupost.az xəbər verir ki, məlumatda 30 yaşlarında siqareti tərgitmiş insanların siqaret çəkənlərlə müqayisədə 10 il daha çox yaşadığı bildirilib.
Siqareti tərgidən insanda ilk gündən ürək döyüntüləri, qan təzyiqi, karbonmonoksit səviyyəsi normallaşır və zaman keçdikcə immunitet sistemi güclənir.
Təxminən 2-12 həftə ərzində qan dövranı yaxşılaşır və ağciyər tutumu artır.
Qeyd edək ki, dünyada 1,3 milyard tütün məmulatı istifadəçisinin 80 faizindən çoxu aşağı və orta gəlirli ölkələrdə yaşayır.
Tütün məmulatlarından istifadə edənlərin təxminən yarısı tütünlə əlaqəli xəstəliklər səbəbindən gözləniləndən tez ölür.
Hər il tütün tüstüsü səbəbindən həyatını itirən 8 milyondan çox insanın təxminən 1,3 milyonu siqaretdən istifadə etməsə də, onun tüstüsünün təsirinə məruz qalan insanlardır.
Təxminən, 700 milyon uşaq tütün tüstüsünə məruz qalır.
Hər il 65 min uşaq passiv təsir nəticəsində yaranan tənəffüs yollarının infeksiyaları səbəbindən 5 yaşına çatmamış ölür.
Aynur
BakuPost