Amerikanın B-2A Spirit tipli stels bombardmançılarından ibarət bir qrup Missuri ştatında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin Uaytmen aviabazasından havaya qalxaraq Hind okeanındakı strateji ABŞ bazası olan Dieqo Qarsiyaya yola düşüb.
Bakupost.az xəbər verir ki, bu barədə "UK Defence Journal" məlumat yayıb.
Uçuş izlənməsi məlumatlarına görə, dörd KC-135 Stratotanker yanacaqdaşıyan təyyarədən ibarət iki qrup hazırda Kanzas üzərində bombardmançı təyyarələrlə birləşir.
Nəşr yazır ki, hazırda Pentaqon İsrail-İran münaqişəsi səbəbindən hərbi təyyarələrini regiona köçürür:
"B-2 təyyarəsi əvvəllər gizli bombardmançı missiyaları ilə əlaqəli olan MYTEE21 çağırış siqnallarından istifadə ediкlər".
Məqalədə həmçinin qeyd olunur ki, son həftələr ərzində Pentaqon regiona onlarla təyyarə, o cümlədən qırıcılar, ефтлук təyyarələr və kəşfiyyat platformaları göndərib. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki superdaşıyıcı gəmi də hazırda əməliyyatda iştirak edir.
Lalə,
BakuPost