Ru
12:29 / 24 Oktyabr 2023

“Azəriqaz”ın hədəfində Sədəf və Çuxuryurd kəndləri də var - VİDEO

“Azəriqaz”ın hədəfində Sədəf və Çuxuryurd kəndləri də var - VİDEO
Eye

Qapımızın kandarında dayanan qış fəsli təxminən 2 aydan sonra ölkəmizə təşrif buyuracaq. Soyuq ayların iliyə işləyən şaxtası SOCAR “Azəriqaz” İB sayəsində bu ildən etibarən Qobustan rayonunun Sədəf kəndinin sakinləri üçün elə də dondurucu olmayacaq, çünki adıçəkilən kənddə aparılan qazlaşma işlərində artıq son tamamlanma işləri həyata keçirilir.


Bakupost.az xəbər verir ki, Birliyin həyata keçirdiyi qazlaşma işləri Şamaxı rayonunun Çuxuryurd kəndində də davam edir. Ancaq Sədəf kəndindən fərqli olaraq burada genişlənmiş ərazinin qazlaşdırılması işləri aparılır. Və təxminən 30-a yaxın fərdi yaşayış evini mavi yanacaqla təchiz edəcək qaz xəttində son tamamlanma işləri görülür


Qeyd edək ki, SOCAR “Azəriqaz” İB-nin bölgələrdə həyata keçirdiyi qazlaşma işləri plana uyğun olaraq mərhələli şəkildə yerinə yetirilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar