Ru
13:33 / 23 May 2025

Bakıda icra başçısı məktəb direktorunu özünə müavin təyin etdi - FOTO

Bakıda icra başçısı məktəb direktorunu özünə müavin təyin etdi - FOTO
Eye

Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) icra başçısı Vasif İmanov özünə yeni müavin təyin edib.


Bakupost.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, icra başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Məmmədhüseynova Zülfiyyə Xası qızı başçının müavini təyin olunub. O, mayın 21-dən yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Z.Məmmədhüseynova yeni təyinatadək Xəzər rayonu E.Əliyev adına 234 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. 1988-cü il təvəllüdlü Z.Məmmədhüseynova ixtisasca Azərbaycan dili və Ədəbiyyat müəllimidir.

Hazırda qeyd olunan məktəbə direktor vəzifəsinə isə təyinat olmayıb.

Xatırladaq ki, bununla da son bir ayda üçüncü qadın müəllim icra hakimiyyətlərində yüksək vəzifə təyinatı alır. Belə ki, daha əvvəl Şəki Şəhər Uşaq İncəsənət məktəbinin tədris işləri üzrə direktor müavini Xəyalə Töhrablı Şəki Şəhər İcra Hakimiyyəti başçısının, Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin tədris işləri üzrə direktor müavini Aliyə Osmanova isə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar