Ru
12:45 / 18 Noyabr 2025

Bakıda məşhur əyləncə klubunun yeri hərraca çıxarılır – 446 min manat

Bakıda məşhur əyləncə klubunun yeri hərraca çıxarılır – 446 min manat
Eye

Bakıda fəaliyyət göstərən məşhur "Residence Cinema Club”un yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub.

Bakupost.az Teleqraf.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti 58 ünvanında yerləşən obyekt hərracda satılacaq.

10 otaqdan və sahəsi 241 kvadrat metrdən ibarət olan ictimai-iaşə obyektinin hazırkı hərrac qiyməti 446 min manatdır.

Qeyd edək ki, "Residence Cinema Club”un yerləşdiyi məkanın hansı səbəbdən müsadirə edildiyi hələlik bəlli deyil.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar