Tanınmış bloqer Saleh Nəsirov Azərbaycanda onlayn ticarət platforması kimi fəaliyyət göstərən “Birmarket”lə bağlı xəbərdarlıq edib.
Bakupost.az xəbər verir ki, bloqer bu barədə videomüraciət yayıb və
istifadəçiləri daha diqqətli olmağa çağırıb.
Onun sözlərinə görə, “Birmarket” yalnız satıcı və alıcı arasında vasitəçi rolunu oynayan platformadır və satılan məhsullara görə birbaşa məsuliyyət daşımır:
""Birmarket"də satıcılar qeydiyyatdan keçərək öz mallarını satırlar. Şirkət onlar üçün məsuliyyət daşımır, lakin ortaq dəstəkçi və vasitəçi kimi yaranan problemlərin həllinə kömək göstərir.
Ətir sifariş vermişdim, 210 manat göstərilmişdi (70 faiz endirim). Elə bildim ki, orijinaldır, çünki orijinal məhsulun qiyməti də həmin civardadır. Amma məhsul gələndə gördüm ki, saxtadır. Sədərəkdə bunu 40–50 manata satırlar.
"Birmarket"ə bildirdim, sağ olsunlar, dərhal reaksiya verdilər. Düzdür, 14 gün ərzində geri qaytarırlar, amma səbəbini soruşanda bildirirlər ki, biz məsuliyyət daşımırıq. Deyirlər ki, sistem "Amazon" və digər bu tipli platformalar kimidir, biz yalnız köməklik göstərə bilərik.“Birmarket”dən alış-veriş edərkən diqqətli olun. Saxta, fürsətçi, dələduz satıcılar orada da var. Çekləri, ekran görüntülərini mütləq saxlayın ki, əlinizdə sübut olsun və birmarket.az-a müraciət edəndə kömək edə bilsinlər”.
Lalə Novruz, BakuPost