Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "Sünbül" körpələr evi-uşaq bağçasında müəllimə ilə valideyn arasında yaranan mübahisə gözlənilməz hadisə ilə nəticələnib.
Bakupost.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, məsələni işıqlandırmaq üçün bağçaya gələn çəkiliş qrupu qeyri-adi bir vəziyyətlə qarşılaşıb.
Məlumatlara görə, bağçanın Leyla adlı müəlliməsi valideyn Şəhla Zamanlı ilə (ad şərtidir) salfet məsələsi üstündə mübahisə edib. Valideynin iddiasına görə, müəllimə digər uşaqlardan pul yığdığını etiraf edib və hətta valideyni övladı ilə hədələyib. Şəhla Zamanlı, həmçinin bağçada uşaqlara verilən yeməyin də keyfiyyətsiz olduğunu iddia edib.
Hadisəni yerində işıqlandırmaq üçün bağçaya gələn jurnalist qrupunu görən Leyla müəllimə əvvəlcə özünü ayaqyolunun içərisində kilidləyib. Ardınca isə çıxış yolu tapa bilməyərək tualetin pəncərəsindən hoppanaraq ərazini tərk edib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Uşağa yönlüksə *bağça* yox, *baxça* olar. Münasibətlər elə-beləcə, böyüklərin uşaqdan eqoist-kinli *həlli* əslində Şəhla Zamanlının ölkəmizdə digərlərinə nisbətən daha çox rast gəlinən *mədəniyyət*-hegemonluq, insani təmas həddini aşması birbaşa müəllimlə şəxsi *hesab*laşma təzahürü deyilmi? Etik davranış nə olduğunu anlamayan müəllimə pedaqoji ilkin savada malik deyilsə, necə təlim-tərbiyə verə bilər? Müasir KosmoPolitlərimiz hələ bir məktəbə təhsil ha zırlığı da umurlar? Elə valideyin də hegemonmuş? Salfet müəllimin nəyinə gərək? Problemin həlli üçün Mətbuatamı, ya *Sünbül*ün rəhbərliyinə, rayon təhsil şöbəsinə telefonla belə müraciət kifayət deyildimi? Ölkəmizdə sonu daha pis əməl və cinayətlər ola biləcək boşuna atmacala sonsuz həddə (addım-başı PSİXOZ?) olduğundan şərh atdım.