Ru
14:37 / 10 Oktyabr 2025

"Rəhimlə məni düşmən etdilər"

"Rəhimlə məni düşmən etdilər"
Eye

Müğənni Kərim Abasov mərhum sənətçi Rəhim Rəhimli ilə küsülülüyündən danışıb.

Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Rəngarəng" proqramında bəhs edib. O bildirib ki, hələ də Rəhimin məzarını ziyarət etməyib:

"Küsülü idik. Dəfninə də getmədim. Kinli deyiləm, mənə vurulan ziyanı, zərbəni unudan deyiləm. Heç vaxt məzarına getməmişəm. Hər gün deyirəm, Rəhim, Allah sənə rəhmət etsin. Gözəl münasibətimiz olub. Sadəcə aramıza girdilər, bizi bir-birimizə düşmən etdilər. Rəhim sənətkar idi".

Qeyd edək ki, Kərim Abbasov müsahibələrinin birində onunla müğənni Niyam Salaminin arasını R.Rəhimlinin vurduğunu iddia edərək onu şeytan adlandırmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar