Ru
11:03 / 05 May 2022

Çempionlar Liqasına düşən komandalar

3153

UEFA-nın əsas klub turniri olan Çempionlar Liqasının 2022-2023 mövsümündə 78 komandanın oynaması nəzərdə tutulur.


Novator.az bildirir ki, ilkin təsnifat mərhələsinə (21-24 iyun) İslandiyadan “Vikinqur”, Estoniyadan “Levadiya” vəsiqəni təmin edib.


Birinci mərhələnin (5-13 iyul) bu iştirakçıları bəllidir: Norveçdən “Bode-Qlimt”, İsveçdən “Malmö”, Bolqarıstandan “Ludoqorets”, Azərbaycandan “Qarabağ”, Qazaxıstandan “Tobol”, Macarıstandan “Ferensvaroş”, Belarusdan “Şaxtyor”, Slovakiyadan “Slovan”, Litvadan “Jalgiris” (Vilnüs), Bosniyadan “Zrinski”, İrlandiyadan “Şemrok Rovers”, Şimali Makedoniyadan “Şkupi”, Latviyadan RFS, Şimali İrlandiyadan “Linfild”, Gürcüstandan “Dinamo” (Batumi), Finlandiyadan HİK, Moldovadan “Şerif”, Maltadan “Hibernians”, Farer adalarından “Klaksvik”, Cəbəllütariqdən “Linkoln”, Monteneqrodan “Sutyeska”, Uelsdən “Nyu Sents”.

İkinci mərhələyə (19-27 iyul) liqalar yolu ilə Ukraynadan “Dinamo”, çempionlar yolu ilə İsveçrədən “Sürix” düşüb.

Üçüncü mərhələyə (2-9 avqust) liqalar yolu ilə Portuqaliyadan “Benfika”, Avstriyadan “Şturm” buraxılıb.

Dördüncü mərhələdə (16-24 avqust) Türkiyədən “Trabzonspor” var.

Qrup mərhələsində (6 sentyabr-2 noyabr) İngiltərədən “Mançester Siti”, “Liverpul”, İspaniyadan “Real”, İtaliyadan “Milan”, “İnter”, “Napoli”, “Yuventus”, Almaniyadan “Bavariya”, “Borussiya” (Dortmund), Fransadan PSJ, Portuqaliyadan “Portu”, “Sportinq”, Avstriyadan “Zalsburq”, Ukraynadan “Şaxtyor” yer alır.

Niderlanddan “Ayaks”, Şotlandiyadan “Seltik” və “Reyncers”in turnirə hansı mərhələdən qoşulacağı hələ bilinmir.

İlkin, birinci mərhələlərdə ələnən komandalar Konfrans Liqasına, ikinci, üçüncü, dördüncü mərhələlərdə ələnən, qruplarda üçüncü yeri tutan komandalar Avropa Liqasına köç edəcək.

Rusiyanın klubları beynəlxalq yarışlara buraxılmır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər