Ru
15:35 / 01 Oktyabr 2025

Emin Əmrullayev Ceyhun Kərəmovu işdən ÇIXARDI

Emin Əmrullayev Ceyhun Kərəmovu işdən ÇIXARDI
Eye

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov işdən çıxarılıb.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Ceyhun Kərəmov vəzifəsindən azad olunması üçün ərizə ilə nazir Emin Əmrullayeva müraciət edib. Nazirin əmri ilə o, direktor vəzifəsindən azad edilib.
Qeyd edək ki, Ceyhun Kərəmov 2020-ci il sentyabr ayının 15-dən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb. 12 yanvar 2022-ci il tarixindən 2 oktyabr 2023-cü il tarixinədək Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edib. 2 oktyabr 2023-cü ildə isə Agentliyin direktoru vəzifəsinə təyin olunub.

Şərhlər
  • Əliyeva Mehriban

    Mən Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsili Mərkəzinin Tarix müəllimi. Mərkəzin direktoru mənə heç bir səbəb olmadan dərs saatı vermir.Tədris ilinin 3 cü həftə bitməsinə baxmayaraq, dəfələrlə müraciət etsəmdə, mənim işimə baxılmır.Bullinq,özbaşınalıq,rüşvətxorluq baş alıb gedir. Səyyar Abdullayev məktəbi şəxsi məktəbi kimi idarə edir,qəbuluna dəfələrlə getsəmdə, mən qəbul etmirəm deyib.

  • Gunel Mehbaliyeva

    İmtahandan ugurlu kecen meni kenarda qoyub, imtahandan kecmeyen imtahan uzu bele gormeyen sexsi direktor teyin edende bilmirdi ki, ustu acilacaq? Pese tehsili olu veziyyetdedir, cunki isi bilmeyenler, ixtisası uygun olmayanlar yigilib vezifeye. Bunu men subutlu sekilde deyirem.

  • Semaye imanova

    Kash sumqayit 10 nomreli pese merkezinde isleyen direktor Seyyar Abdullayevi de isden cixarasan hormetli nazir, menim övladım orda tehsil alır, usagim deyir ki, muellimleri tehqir edir telebeler yanında,usaqlari kesre saxlayıb pul alir.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar