Ru
10:15 / 08 Yanvar 2026

Nazir Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin etdi - FOTO

Nazir Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin etdi - FOTO
Eye

Hasil Vasif oğlu Abbasov Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Bakupost.az xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

H.Abbasov 2024-cü ilin oktyabr ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin əvvəlki sədri Sadiq Cabir oğlu Əliyev digər sahədə fəaliyyətə başlamaq istəyi ilə əlaqədar ərizəsinə əsasən işdən azad edilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar