Ru
15:33 / 28 Mart 2022

Qarabağa “Böyük Qayı­dış” planı: həyat yenidən öz axarına qayıdır...

54111
Əldə olunan şanlı qə­ləbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və böl­gədə tikinti-qurucul­uq işlərinin aparılm­asıdır. Dövlət tərəf­indən “Böyük Qayıdış” planına uyğun olar­aq məcburi köçkünlər­in doğma yurd-yuvala­rına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib.

Həmin ərazil­ərdə yeni yaşayış mə­ntəqələrinin salınma­sı, infrastrukturun bərpası, yolların çə­kilişi, məktəb, xəst­əxana tikintisi sürə­tlə davam edir.


MİNALARIN TƏMİZLƏNMƏ­Sİ




Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları ərziləri xarabalığa çevirmək­lə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəs­əbələrə aparan yolla­rı, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarı­ş-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlə­nməsi olub. Qarabağa Böyük qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən əra­zilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərin­in aparılmasından ke­çir.

Bütün bu işlərin həyata keçirilməsi üçün də ilk öncə bu ərazilərdə mina və partlamamış döyüş su­rsatlarının aşkar ol­unaraq zərərsizləşdi­rilməsi işlərinə baş­lanılıb. Minatəmizlə­nmə əməliyyatlarına əs­asən infrastrukturun bərp­asına xidmət edən ər­azilərdən başlanılıb. Yaşayış məntəqələr­inin salınacağı ərazilər, əkin sahələri, yol­lar və s. minalardan təmizlənib. Hazırda da təmizləmə işləri davam etdirilir. Mi­natəmizləmə işləri Azərbaycan Respublika­sının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fö­vqəladə Hallar Nazir­liyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilib. ​


Müdafiə Nazirliyindən verilən məlumata görə, azad olunan ərazilə­rdə mühəndis-istehkam bölmələrinin fəali­yyəti nəticəsində üm­umilikdə işğaldan az­ad olunan ərazilərdə bu günədək mühəndis­-istehkam bölmələri tərəfindən 14 min 365 hektardan artıq ər­azi tam təmizlənib, piyada əleyhinə 6092, tank əleyhinə 2159 mina və 9231 ədəd müxtəlif növ partlama­mış hərbi sursat aşk­arlanaraq məhv edili­b.


ANAMA işğaldan azad edilən ərazilərdə hə­yata keçirilən minat­əmizləmə fəaliyyətin­də əsas əlaqələndiri­ci orqandır. Qurumdan verilən məl­umata görə, 6000 ha ərazinin təmizlənmə öhdəliyi qarşısında, Agentliyin minaaxta­ranları 6 201 ha əra­zini mina və partlam­amış hərbi sursatlar­dan (PHS) təmizləyər­ək aidiyyəti üzrə tə­hvil verib. Nəticədə, 4 880 ədəd piyada əleyhinə mina, 2 335 ədəd tank əleyhinə mina və 11 205 ədəd partlamamış sursat aşkar edilərək zərərs­izləşdirilib. Agentl­ik tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə 1 981 ha, məskunlaşma üç­ün nəzərdə tutulan ərazilərin təmizlənmə­si üzrə 1 373 ha, nə­qliyyat infrastruktur layihələri üzrə 1 618 ha, enerji xətlə­rinin çəkilməsi üçün 586 ha və 644 ha ər­azi digər layihələr üzrə təmizlənərək tə­hvil verilib. Vətən müharibəsindən sonra ANAMA-ya təmizlənmə­si həvalə edilən 55 layihədən 46-sı uğur­la yekunlaşıb. Minat­əmizləmə istiqamətin­də qurumların 2022-ci ilin tədbirlər pla­nına əsasən ümumilik­də 40.000 ha ərazinin təmizlənməsi planl­aşdırılır. ANAMA-nın öhdəliyinə düşən ər­azi 20.000 ha təşkil edir.



QARABAĞA APARAN YOLL­AR



İşğaldan azad olunan ərazilərdə tikinti-­quruculuq işlərinin aparılması üçün ilk növbədə yolların yen­idən çəkilməsi, körpü və tunellərin tiki­ntisi xüsusi əhəmiyy­ət daşıyır.​ Bu məq­sədlə azad edilən ər­azilərdə Prezident İlham Əliyevin tapşır­ığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişm­iqyaslı tikinti işlə­ri həyata keçirilir. Prezidentin imzalad­ığı müvafiq sərəncam­larla bu ərazilərdə çoxlu sayda avtomobil yollarının inşasına böyük həcmdə maliy­yə vəsaitləri ayrılı­b.​





Qazanılan parlaq qəl­əbənin simvolu sayıl­an “Zəfər” yolu isə ötən il sentyabr ayı­nda istifadəyə veril­ib.​ “Zəfər” yolunun tikintisi cəmi bir ilə başa gəlib. Ali mühəndislik düşüncə­sinin, yüksək texnol­oji imkanların istifadə olunduğu bu layi­hə ilin bütün fəsill­ərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılar­aq həyata keçirilib.


Başlanğıcını Hacıqab­ul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan gö­türən 101 kilometrlik Zəfər yolu Qarabağ­ın tacı olan Şuşa şə­hərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonl­arının ərazisindən keçməklə inşa edilən “Zəfər” yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu ra­yonların onlarla yaş­ayış məntəqəsini əha­tə edir.


Dövlət büdcəsindən ayrılan vəsait hesabı­na hazırda işğaldan azad olunan ərazilər­də daha 15 avtomobi yolunun tikintisi hə­yata keçirilir.


Bunlardan biri Füzul­i-Hadrut avtomobil yoludur. 2 kilometr uzunluğundakı Füzuli-­Hadrut yolu 4 hərəkət zolaqlıdır. Boru və keçidlərin tikinti­si 21 faiz icra olun­ub. Yolun 300 m hiss­əsində asfalt-beton örtüyün alt layı tik­ilib.

Bu il istifadəyə ver­ilməsi planlaşdırılan Hadrut-Tuğ-Azıx ma­ğarası avtomobil yol­unun​ uzunluğu isə 22 kilometr dir. İki hərəkət zolaqlı yol­un mövcud örtüyü pro­filə salınıb, 2700 m hissədə asfalt-beton örtüyün alt layı tikilib, 800 m ərazidə yolun dağılmış his­səsi qazılaraq ərazi­dən uzaqlaşdırılıb​ və yeni yol əsaslı şəkildə tikilir.


İşğaldan azad olunan​ ərazilərdə icra olunan yol infrastruk­turu layihələrindən biri Bərdə-Ağdam avt­omobil yoludur. Uzun­luğu 45 kilometr olan Bərdə-Ağdam avtomo­bil yolu 4 hərəkət zolaqlıdır. Burada to­rpaq işləri 57 faiz, yol geyimi 19 faiz, boru və keçidlərin tikinti işləri 45 fa­iz, körpülərin tikin­tisi 93 faiz icra ol­unub.


28,5 kilometr uzunlu­qda olan, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı Qubadlı-Eyv­azlı avtomobil yolu da bu il istifadəyə veriləcək. Yolun 8 kilometrində torpaq yatağının genişləndir­ilərək normativ enə çatdırılması işləri başa çatıb.


26,4 kilometr, IV te­xniki dərəcəli, 2 hə­rəkət zolaqlı Qubadl­ı-Mahmudlu-Yazdüzü-E­rmənistan sərhədi av­tomobil yolunun da tikintisi davam edir.


Həmçinin, Kəlbəcər və Laçın rayonları əra­zisində yol infrastr­ukturunun tikintisi sürətlə davam edir. Yollarda torpaq işlə­ri 83 faiz, torpaq yatağının və yol geyi­minin tikinti işləri 25 faiz, boruların tikintisi 95 faiz ic­ra olunub.


Laçın şəhərinə daxil olmadan yeni avtomo­bil yolunun tikintis­inin bu il başa çatd­ırılması nəzərdə tut­ulub. Sözügedən yolun uzunluğu 32 kilome­trdir. III texniki dərəcəli, 2 hərəkət zolaqlı avtomobil yol­unun layihələndirilm­əsi ilə paralel olar­aq, torpaq işləri hə­yata keçirilir.


Talış-Tapqaraqoyunlu­-Qaşaltı-Naftalan av­tomobil yolu isə II-­IV texniki dərəcəli, 2 hərəkət zolaqlıdı­r. Bu il istifadəyə verilməsi planlaşdır­ılan yolun uzunluğu 22 kilometrdır. Yolun ilk 8,5 kilometr və 9-22-ci kilometr hissələrində torpaq işləri bitib, digər işlər isə davam etdir­ilir.

2023-cü ildə istifad­əyə veriləcək Uzunlu­ğu 70,4 kilometr olan Xudafərin-Qubadlı-­Laçın avtomobil yolu I texniki dərəcəli, 4 hərəkət zolaqlıdı­r. Yolda Qubadlı-Laç­ın istiqamətində 45 km, Xanlıq istiqamət­ində 14 kilometr his­sədə torpaq yatağının və körpülərin tiki­ntisi işləri aparılı­r.




Şükürbəyli-Cəbrayıl-­Hadrut avtomobil yolu da​ gələn il isti­fadəyə veriləcək. Yo­lun uzunluğu​ 39,7 kilometr olan birinci texniki dərəcəli yol 4 hərəkət zolaqlı­dır.

Ağdam-Füzuli avtomob­il yolunun uzunluğu isə​ 64,8 kilometrd­ir. I texniki dərəcə­li, 4 hərəkət zolaqlı yolda torpaq işləri icra olunub.

Uzunluğu 81,6 kilome­tr olan Əhmədbəyli-F­üzuli-Şuşa avtomobil yolunun tikinti 202­4-cü ildə başa çatdı­rılacaq. I texniki dərəcəli, 6-4 hərəkət zolaqlı yolda layihə boyu torpaq yatağı inşa olunur. Eyni zamanda 8 körpünün, 6 tunelin və 5 alt ke­çidin tikintisi həya­ta keçirilir.

Tikintisi 2024-cü il­də başa çatdırılacaq Əhmədbəyli-Horadiz-­Cəbrayıl-Zəngilan-Ağ­bənd yeni avtomobil yolunun uzunluğu 123­,6 kilometrdir. Hazı­rda yol boyu torpaq yatağının tikintisi aparılır.

2025-ci ildə istifad­əyə veriləcək Kəlbəc­ər-Laçın avtomobil yolunun uzunluğu​ isə 72,3 kilometrdir. I və II texniki dərə­cəli, 2-3 hərəkət zo­laqlı, 9,8 kilometrl­ik tunelli yolda mob­ilizasiya və torpaq işləri həyata keçiri­lir.

Toğanalı-Kəlbəcər-İs­tisu avtomobil yolun­un çəkilməsi istiqam­ətində ciddi işlər görülür. Sözügedən yol Göygöl rayonunun Toğanalı kəndindən keçəcək. Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, bu yol Qarabağın inkişaf planı nəzərə alınaraq 2-3 hərəkət zolaqlı olmaqla I və II texniki dərəcəyə uyğun inşa olunur. Yolun 16-cı kilometrindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11,6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib. Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam 1857 m təşkil edir. Tunel 1-in çıxış portalında isə qazma işlərinə başlanılıb. İşlərin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.


İŞIQLI QARABAĞ




İşğaldan azad olunan kənd və şəhərlərin elektrik enerjisi ilə təchiz olunması istiqamətində də ciddi işlər görülür. Bölgənin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Bu stansiya və yarımstansiyalar işğaldan azad olunan ərazilərdə yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastrukturu fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək.


Paralelel olraq işğaldan azad olunan ərazilərin proqrama uyğun qazlaşdırılması işi də uğurla həyata keçirilir. Proqram 4 mərhələdə icra olunur. Qazlaşdırmanın I mərhələsi Füzuli - Ağoğlan - Şuşa istiqamətini əhatə edəcək. II mərhələdə Ağdam rayonu qazlaşdırılacaq. III mərhələdə Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarına, IV mərhələdə isə Kəlbəcər rayonuna qaz çəkiləcək.


İşğaldan azad olunan ərazilərdə “Azərsu” ASC tərəfindən içməli su təchizatının yaxşılaşdırılması istiqamətinə də müvafiq işlər görülür. Ötən müddətdə 350-dək obyekt içməli su ilə təmin edilib. Su mənbələrindən uzaq və infrastrukturun mövcud olmadığı ərazilərin su təchizatı xüsusi sudaşıyan maşınlar vasitəsilə təmin olunub. Bu məqsədlə “Azərsu”nun nəqliyyat vasitələri əraziyə cəlb edilib. İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən xidmət sahələri üçün 6 pik-up tipli avtomobil, 18 ton tutumu olan 4 ədəd sudaşıyan maşın, 3 ekskavator və qəza-bərpa xidməti üçün 1 ədəd UAZ markalı nəqliyyat vasitəsi alınıb. Bu nəqliyyat vasitələri işğaldan azad olunan Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarında, Hadrut qəsəbəsində xidməti istifadə üçün nəzərdə tutulub.



QARABAĞDA “YAŞIL ENERJİ” SİYASƏTİ


Millət vəkili Cavid Osmanov deyir ki,​ Vətən müharibəsində qazanılan qələbədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpasına başlanılıb:




“Prezident İlham Əliyev​ işğaldan azad edilən əraziləri “yaşıl zona” adlandırıb. Bölgədə külək, su və günəş enerji stansiyalarının qurulması nəzərdə tululur. Son illər ölkədə enerji gücləri yaradılıb, enerji infrastrukturunun təkmilləşdirilməsi və modernləşdirilməsi istiqamətində önəmli işlər görülüb. İşğaldan azad olunan ərazilərdə “yaşıl enerji” siyasətinin elan edilməsi dövlətin bu sahəyə xüsusi diqqətinin bariz nümunəsidir. Bu ərazilərimizdə də elektrik stansiyaları, yarımstansiyalar, ötürücü stansiyalar yenidən qurulub. Bu gün də bu sahədə ciddi işlər görülür. Yaxın müddətdə alternativ enerji mənbələrinin istifadəsi üçün vacib şirkətlərin də sərmayə qoyacağı gözlənilir. Bununla da, həm külək, həm günəş enerjisindən istifadə edilərək, bu ərazilərin, buradakı infrastrukturların enerji ilə təminatı təşkil ediləcək. İşğaldan azad edilən şəhərlərdə, kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Dövlət tətəfindən Qarabağda insanların rahat və firavan yaşaması üçün bütün lazımi şərait yaradılacaq”.



​ ABADLAŞAN QARABAĞ


Böyük Qayıdışın təmin edilməsi,​ 30 ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq arzusu ilə yaşayan insanların tez bir zamanda işğaldan azad olunan ərazilərə köçürülməsi üçün hazırda burada genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işləri həyata keçirilir. Bu ərazilərdə yaşayış kompleksləri, xəstəxana, məktəb binaları və.s tikilir. Bu ilin fevralında Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağdamda yeni yaşayış kompleksinin təməli qoyulub. Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Eləcə də növbəti mərhələdə 0,86 hektar ərazidə daha 4 yaşayış binasının inşası ilə bağlı layihələndirmə işləri həyata keçirilir. Sozügedən rayonda həmçinin müasir mehmanxana, Ağdam Mərkəzi Şəhər Xəstəxanası və 1 nömrəli məktəbın inşasına başlanılıb.





Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasında Qarabağın tacı Şuşa şəhərində də quruculuq işləri aparılır. Şəhərin müfəssəl hazırlanan baş planı əsasında tikiləcək yeni yaşayış kompleksinin təməlini qoyulub. Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar, abidələrin yerləri də öz əksini tapıb. Baş plan hazırlanarkən şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur.


Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək.


Şuşada 1 saylı ümumtəhsil məktəbinin də tikintisinə start verilib. Yeni 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.


İşğaldan azad olunan Füzuli rayonunda da yenidənqurma, tikinti və quruculuq işləri sürətlə davam etdirilir. Bölgədə görülən işlər sırasında, qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilib.





Füzuli Memorial Kompleksi və Füzuli şəhərinin təməli, rayonunun Dövlətyarlı kəndində “Ağıllı kənd” konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin əsası qoyulub. Bu layihənin beş kəndi birləşdirməsi, ümumilikdə 750 evin tikintisinin nəzərdə tutulub ki, bu da Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olduğunu göstərir. Füzulidə 50 minlik yeni şəhərin yaradılması nəzərdə tutulub. Şəhərdə yeni məhəllələr salınacaq və 4-5 mərtəbələi yaşayış binaların tikintisi aparılacaq. Bir sözlə şəhərə məxsus bütün infrastrukturlar formalaşdırılacaq.





Zəngilanın Ağalı kəndində də “Ağıllı kənd” in inşası davam edir. Birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılır: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri. Ərazidə, ilk olaraq, tam izolyasiya olunan və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisinə başlanılıb.


Həmçinin işğaldan azad olunan digər ərazilərdə tikinti, quruculuq işləri davam etdirilir.



“QARABAĞDA BƏRPA-QURUCULUQ İŞLƏRİ ÇOX SÜRƏTLİ HƏYATA KEÇİRİLİR”

Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, torpaqlarımız düşmən tapdağından azad ediləndən sonra bu ərazilərdə qısa zaman ərzində çox böyük işlər görülüb. İşğaldan azad olunduqdan sonra qısa müddətdə bu ərazilər minalardan təmizlənib, elektrik və su təchizatı yüksək səviyyədə həyata keçirilib, dəmir və avtomobil yollarının çəkilişinə başlanılıb. Hazırda Qarabağda bərpa-quruculuq işləri çox sürətli həyata keçirilir:




“Mənfur ermənilər tərəfindən tamamilə dağıdılan Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın və Kəlbəcərdə infrastruktur yenidən qurulur. Bu ərazilərdə​ yeni yaşayış massivləri, müəssisələr, məktəblər, xəstəxanalar tikilir, avtomobil və dəmiryol xətlərinin çəkilişləri həyata keçirilir.​ Hesab edirəm ki, gözlənilən vaxtdan da tez insanların Şuşaya, Füzuliyə, Cəbrayıla, Kəlbəcər və Laçına köçürülməsi prosesinə başlanılacaq. Sürətli bərpa-quruculuq işləri bunu əminliklə söyləməyə imkan verir. İnsanlarımız​ həsrətində olduqları​ doğma yurdlarına köçəcək, bu yerlərdə həyat yenidən öz axarına qayıdacaq. Bu hisslər təsvir olunmazdır”.



“BÖYÜK QAYIDIŞI” SÜRƏTLƏNDİRƏN LAYİHƏLƏR


Millət vəkili Vüqar Bayramovun sözlərinə əsasən, işğaldan azad olunan ərazilərdə intensiv şəkildə həyata keçirilən bərpa və yenidənqurma işləri gələcəkdə sürətli məskunlaşmaya şərait yaradacaq:




“Azad edilən ərazilərdə infrastrukturun bərpası, yaşayış binalarının, məktəb, xəstəxana binalarının inşası, yollarla yanaşı, içməli su təchizatı və elektrik enerjisi təminatı istiqamətində görülən işlər “Böyük qayıdışı” sürətləndirən infrastruktur layihələrdir. Hesab edirəm ki, həyata keçirilən sürətli yenidənqurma işləri məcburi köçkünlərin daha qısa zamanda öz ata-baba yurdlarına qayıtmasını təmin edəcək”.


Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda hazırlanıb.




Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər