09:55
İsraildə səslərin 53.7 faizinin sayılmasından sonra Baş nazir Benyamin Netanyahunun bloku liderdir.
"Bakupost" xəbər verir ki, bu barədə İsrail Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Məlumata görə, hazırda Netanyahu bloku Knessetdə 55, Ayzenkot Bloku isə 50 yer əldə edib. Ərəb partiyaları isə 15 yer qazanıb.
Heç bir blok yeni hökumət qurmaq üçün 120 yerlik Knessetdə lazım olan 61 mandatı qazana bilməyib.
***
Bülletenlərin 66.2 faizinin sayılmasından sonra Netanyahu Bloku 56, Ayzenkot Bloku 48, ərəb partiyaları 16 yer əldə edib.
***
Bülletenlərin 72.4 faizinin sayılmasından sonra Netanyahu Bloku 54, Ayzenkot Bloku 48, ərəb partiyaları 18 yer əldə edib.
***
Bülletenlərin 76.8 faizinin sayılmasından sonra Netanyahu Bloku 54, Ayzenkot Bloku 47, ərəb partiyaları 19 yer əldə edib.
İsraildə parlamentə seçkilər 27 oktyabrda keçirilib.