Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki AzInTelecom MMC-nin İdarə Heyətinin Sədrinə yeni müşavir təyin edilib.
Bu barədə
Bakupost.az -a AzInTelecom MMC-dən məlumat verilib.
Qeyd edilib ki, bu vəzifəyə Səməd Seyidov gətirilib.
Bu təyinata qədər S.Seyidov qurumun Keyfiyyət Təminatı Departamentinin direktoru olub.
Səməd Seyidov Qafqaz Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə, İqtisadçı-menecer ixtisası üzrə bakalavr dərəcəsi, Azərbaycan Dövlət Neft Akademiyasının Biznesin təşkili və İdarəolunması ixtisası üzrə magistr təhsili alıb.