Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:47 / 28 Noyabr 2024

Suriyada müharibə yenidən alovlandı: Türkiyə hərəkətə keçdi

1493

Türkiyə Milli Müdafiə Nazirliyi, Suriyanın Hələb və İdlib ərazilərində Bəşər Əsəd rejimi ilə “Heyət Təhrir əş-Şam” arasındakı döyüşlərə dair açıqlama verib.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, açıqlamada bölgədəki vəziyyətin yaxından izlənildiyi bildirilib:

“Bütün hərbi təhlükəsizlik tədbirlərini gördük və görməyə davam edirik".

Nazirlik İraqın şimalında yerləşən Zap bölgəsində "kilidin bağlanması" ilə bağlı suallara da cavab verib. Açıqlamada, 2016-cı ildən tətbiq olunan sərhəd təhlükəsizliyini təmin etmə və terroru mənbəyində məhv etmə strategiyasına əsasən, 17 aprel 2022-ci ildə başladılan “Pençe-Kilit” əməliyyatı ilə İraq sərhədində təhlükəsizliyin təmin edildiyi bildirilib.



“Pençe-Kilit” bölgəsində həyata keçirilən əməliyyatlar nəticəsində 1.128 terrorçu məhv edilib, 3.146 mina təmizlənib, 1.317 mağara və sığınacaq məhv edilib. Əlavə olaraq, 948 ağır silah, 2.408 müxtəlif silahlar və 889.412 müxtəlif tipdə və növdə sursat ələ keçirilib.

Nazirlik, hələ də təmizlənməmiş mağara, sığınacaq və anbarların ola biləcəyini bildirib:

"Əməliyyatlar davam edəcək, ərazidəki çətin hava və coğrafi şəraitə baxmayaraq, terroru mənbəyində məhv etmə məqsədi ilə fəaliyyətlər davam edəcək".



Qeyd edək ki, Suriya Milli Ordusunun mənsubları və “Heyət Təhrir əş-Şam”Hələbə qarşı genişmiqyaslı əməliyyat başladıb. Əsəd rejimi ilə baş verən toqquşmalarda müxaliflərin Hələbə 4 kilometrə qədər yaxınlaşdığı bildirilib.

Rəhman Mirzəlizadə, Bakupost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar