Ru
19:44 / 08 Oktyabr 2025

Tahir İmanovdan vəhhabi iddialarına cavab: Təkzib etmədi - Video

Tahir İmanovdan vəhhabi iddialarına cavab: Təkzib etmədi - Video
Eye

Aktyor Tahir İmanov qardaşı Cabir İmanovun ölümündən sonra videoaçıqlama yayıb.

Bakupost.az xəbər verir ki, o, qardaşının ölümündən sonra sosial şəbəkələrdə aktyorun dini mənsubiyyəti ilə bağlı yayılan iddialara cavab verib:

“Birincisi, bu kimi mövzuları qabardan insanlar birliyə böyük zərbə vurur. Digəri isə dinə olan mənsubluq hər bir insanın şəxsi işidir. Üçüncüsü ən vacibi isə odur ki, bu çox böyük günahdır. Çünki siz ölünün dalınca qeybət edirsiniz”.

Aktyor cənazə mərasimində jurnalistlərə qoyulan çəkiliş qadağası ilə bağlı da danışıb:

“Dedim ki, halallıq vermirik. Bu məsələni şişirtdiniz. Qəbiristanlığa gedəndə dedim ki, təkcə kişilər gedir. Bu bizim adətimizdir. Gəlib gördüm ki, yalandan başlarını bağlayan jurnalist xanımlar hansısa yüksəklikdə durub ki, qəbiri çəksinlər. Bu nə adətdir? Babalarınızın, nənələrinizin dəfni vaxtı video çəkilib? Ayıb deyil?”

Ətraflı videomaterialda:



Şərhlər
  • Rəhim

    Mən bunu yazmazdım, ancaq artıq fikrimi bölüşmək istəyirəm. Əvvəla, Allah rəhmət eləsin. 2-cisi çox böyük izdihamla mərhumun dəfn edilməsi də jurnalistlərin, sosial media əməkdaşlarının necə deyərlər "maraq göstərməsinə" səbəb oldu. Yəni Tahir bəyin bir qədər belə yanaşması, şəxsən mənim üçün anlaşılmazdır. Axı son dövrlər bu cür tanınmış şəxslərin dəfnləri çəkilişlərlə gedir...

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar