Dünən Ukrayna, Fransa və Böyük Britaniya atəşkəsdən sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi barədə bəyannamə imzalayıblar. Məsələ artıq rəsmiləşib və söhbət atəşkəsdən sonra Ukrayna ərazisində NATO ölkələrinin (ABŞ daxil) bilavasitə iştirakı ilə hərbi bazaların və hərbi kontingentin yerləşdirilməsindən gedir.
Bakupost.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov bildirib.
Onun fikrincə, bu, tarixi qərar və tarixi məqamdır:
“Rusiyanın niyə görə müharibəni başlatdığını və müharibənin bitməsində əsas şərt kimi “müharibənin ilkin səbəblərinin aradan qaldırılması” şərtini qoyduğunu xatırlayaq: Ukraynanı öz təsir dairəsinə qaytarmaq. Nəticə etibarı ilə Rusiya HƏMİŞƏLİK Ukraynanı itirdi.
Dünən bir simvolik hadisə də baş vermişdi. Uitkoff ilk dəfə avropalı müttəfiqlərlə birgə mətbuat konfransda iştirak edib, bu günə qədər Uitkoff avropalılarla toplantılarda iştirak edirdisə, mətbuat konfranslarına qatılmırdı, bu, bir növ Ağ Evin “sizdən ayrıyıq” siqnalı kimi qarşılanırdı”, - o bildirib.
Asena,
BakuPost
Qərb artıq kənardan dəstək verən tərəf deyil, birbaşa məsuliyyət götürən və bölgədə qalıcı olmağa qərar verən aktordur.
Rusiya bu anlaşmaya razılıq verməz,əyər verirsə bu müharibə Rus üçün mənasıni itirmiş olar.
Makronmu Rusiyanı buna məcbur edəcək. Lütfen sadəlöhv olmayın.
Bəs Krım haqqında nə feyilir bu müqavilədə?