Ru
20:14 / 11 İyun 2025

Tramp uşaqlarına bunları qadağan edib

Tramp uşaqlarına bunları qadağan edib
Eye

ABŞ Prezidenti Donald Tramp uşaqlarına həmişə siqaret, spirtli içki və narkotikdən istifadənin qətiyyən yolverilməz olduğunu təlqin etdiyini bildirib.

Bakupost.az xəbər verir ki, Birləşmiş Ştatların lideri bunu "New York Post" qəzetinin "Pod Force One" podkastının efirində deyib.

"Heç bir narkotik maddə, siqaret, alkoqol olmaz. Bura döymələri də əlavə edərdim, amma bu o qədər ciddi deyil, çünki bir çox insanın döyməsi var. Amma imkanınız varsa, onlardan da uzaq durun", - deyə Ağ Evin rəhbəri vurğulayıb.

Qeyd edək ki, Trampın üç nikahdan beş övladı var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar