Rusiya ordu qüvvələri Xerson Vilayət Dövlət Administrasiyasının binasına zərbə endirib.
Bakupost.az xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyanın rəhbəri Aleksandr Prokudin Telegram kanalında məlumat yayıb.
"Ruslar Xerson Vilayət Dövlət Administrasiyasının binasını dağıdıblar. Biz ölənlər barədə məlumatları dəqiqləşdiririk", - deyə o bildirib.